azia.az
azia.az

Qaz sayqaclarının sıfırlanması gecikir - Baş direktorun əmin etməsinə baxmayaraq... FOTO

16-01-2022, 22:29

Qaz sayqaclarının sıfırlanması gecikir - Baş direktorun əmin etməsinə baxmayaraq... FOTO
Teref.az olaraq axır vaxtlar "Azərqaz"-dan şikayətlərin maksimum çoxaldığını müşahidə edirik. İlin əvvəlində sayqaclar sıfırlanmalı və yeni tariflə, yəni limit daxilində hesablanmalıdır. Vətəndaşlar xüsusəndə İlin əvvəlində sayqacların sıfırlanması və qazın yeni tariflə (limit əsasən) vətəndaşlara hesablanması əvəzinə qazı köhnə tariflə hesablandığını deyirlər.. Bu barədə sosial şəbəkə istifadəçisi İlkin Ahmad (İlkin Əhməd) öz səhifəsində yazıb.
"Azəriqaz İB mənə qəbz göndərib. Hamısı 25 qəpikdən hesablanıb. Yanvarın 3-də sayğacın fotosunu göndərmişəm WhatsApp nömrələrinə, amma minlərlə abonent kimi, mənə də qoz qoyan olmayıb.
Zəng edib soruşuram ki, nə hoqqa verirsiz? Deyirlər ki, fərqi nədir, limiti indi keçdiniz, ya ilin sonu? Bəlkə mən bu il limiti keçmədim?
Ruslan Əliyev, sizi USTA İŞİ verilişinə dəvət edirəm. Görün camaat sizə hansı sualları verəcək! 1 saat ərzində bir siz, bir mən, bir də dinləyicilər! Mətbuat konfransınızla bu efirin fərqini hiss edəcəksiniz."
Teref.az yazır ki, İlkin Əhməd qaz çekinidə şəklini yazısının altında qoyub.
Qaz sayqaclarının sıfırlanması gecikir - Baş direktorun əmin etməsinə baxmayaraq... FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi