azia.az
azia.az

Dələduz azadlıqda gəzir, gənc çempion həbs olundu – Abşeron rayonunda

14-01-2022, 00:07


Abşeron rayonu, Qobu qəsəbə sakinləri və cüdo üzrə çempionun atası Əliağayev Elçin Adil oğlu tərəfindən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova və digər aidiyyatı dövlət orqanlarına ömrünü idmana həsr etmiş, cüdo üzrə çempion oğlunun işinin faktiki hallarının ibtidai və məhkəmə istintaqı zamanı sifariş əsasında tam araşdırılmamasına Sumqayıt Apellyasiya Məhkəməsində ədalətli qiymət verilməsi və dərhal hərbi xidmətə yola salınması barədə müraciət məktubu ünvanlanıb.
Dələduz azadlıqda gəzir, gənc çempion həbs olundu – Abşeron rayonunda
Aktualinfo.org vətəndaş Elçin Əliağayevin sözügedən şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırır. Şikayətçi yazır ki:

Çoxhörmətli Ali Baş Komandan, Müzəffər Ali Baş Komandan olaraq Sizin rəhbərliyiniz altında torpaqlarımız qısa müddət ərzində işğaldan azad edilmişdir. Bu zəfər tarixi biz sadə sakinlərin qəlbində əbədi yaşayacaqdır.

Qobu qəsəbədə doğulub boya başa çatmış idmançı oğlumuz olmuşdur. O, yeniyetməliyindən indiyədək cüdo idmanı üzrə çoxsaylı turnirlərdə və yarışlarda uğurlar qazanmış Azərbaycanın adını həmişə öz qələbələrilə uca tutmuş və çoxsaylı medallarla təltif edilmişdir. Yalçın ailəsinə, Vətəninə, dövlətinə, elinə-obasına bağlı bir övlad kimi böyümüş və fəaliyyət göstərmişdir. Biz valideynləri ağrıdan ən pis vəziyyət o olmuşdur ki, 2021-ci ilin iyun hərbi çağırış zamanı Abşeron rayon Hərbi Səfərbərlik İdarəsi oğlumu rəsmən hərbi xidmətə çağırmadan onun idarəyə Ali təhsil alması ilə bağlı verdiyi arayışı yerli prokurorluğa göndərməsi və prokurorluğun təcili araşdırması nəticəsində təqdim edilən sənədin saxta olması əsasında oğlum Yalçına dərhal cinayət işi açılaraq hüquqi qiymət verilməsi üçün işin Abşeron rayon Məhkəməsinə göndərilməsidir.

Əvvəlcə bildirmək istəyirəm ki, oğlum Yalçın Xarici ölkələrdə təhsil verilməsi işi ilə məşğul olan əslən Hacıqabul rayonundan olan Yaylaq adlı şəxs tərəfindən bir vasitəçi kimi aldadılmış və ona 17 fevral 2021-ci il tarixli, əmrlə Gürcüstan Respublikasında yerləşən (Tibilisi şəhəri, Ksani küçəsi, ev 35 ünvanda yerləşən) Millenium Tədris Unversiteti MMC-də “Biznes inzibatçılığı” ixtisası üzrə tələbə kimi qəbul olunmasına dair məzmunda arayış vermişdir ki, bu sənəd təsdiq edir ki, sən Yalçın Əliağayev hazırda Tbilisidə qiyabi olaraq ali təhsil alacaqsan. Oğlum da bu sənədi aparıb vermişdi Abşeron rayon Səfərbərlik idarəsinə. Dedilər bu sənəd əsasında sənə möhlət veriləcək. Budur, bir iki ay əvvəl bizi prokurorluqdan dəvət etdilər. Məlum oldu ki, oğlum Yalçına təqdim edilən ( Ali məktəbə daxil olmaq barədə) sənəd saxta imiş. Biz çox narahat olduq və Hacıqabula gedərək Yaylağın atası ilə görüşdük ki, sənin oğlun bizim oğlumuzu Gürcüstanda ali məktəbdə təhsil almaq üçün özəl unversitetə daxil etdirmiş, bunun üçün təhsil haqqı və özlərinin xidmət haqqı olaraq pul almışdır. Biz də elə bilmişik ki, oğlum hər 6 aydan bir imtahan verib unversiteti bitirəcəkdir. Bizə prokurorluqda məlum oldu ki, Yaylaq xaricdə təhsil adı altında dələduzluq edərək pullarımızı ödəniş etmək adı altında mənimsəmişdir.( Yəni, təhsil haqqını ödəməmiş və mənimsəmişdir) Lakin çox təəssüflər olsun ki, bu adam yerli prokurorluqda bir iki dəfə dəvət edilərək şifahi dindirilsə də. Nədənsə bu əsas cinayətkarı sərbəst buraxmışdılar. Halbuki, bu dələduz bizi kimi çoxlarına xaricdə təhsillə bağlı belə saxta sənədlər verib( özünün də qeyd etdiyi kimi hazırda da heç bir problem yaşanmayıb) digər şəxslər də xaricdə universitetlərdə adlarını yazdırıb təhsillərini davam etdirirlər. Yəni, Abşeron prokurorluğu əsas bu adamı sorğu-suala çəkmnəli idi ki, bu saxta sənədlər təşkil edib biz kimi sadə adamları aldatmaqla pullarımızı mənimsədiyinə görə məsuliyyətə cəlb etməli idi. Lakin əksi baş verdi. Mən dəflərlə prokuroluğun müstəntiqinə xahiş etdim ki, qoyun oğlum getsin hərbi xidmətinə, bu saxta sənədlərin düzülüb qoşulması isə bizlik deyil, Yaylaq bu işləri görüb. Bizim belə saxtakarlıqdan ümumiyyətlə anlayışımız belə yoxdur. Amma veridyimiz izahata və cüdo üzrə dəflərlə çempion olmuş oğlumun 1 çağırış üzrə hərbi xidmətdən yayınmasına görə sənəd saxtakarlığı maddəsi üzrə tezbazar cinayət işi açıb yerli məhkəməyə göndərdilər. Sanki, bu müstəntiqlər hansısa sifarişi yerinə yetirirdilər. Sağ olsun Abşeron rayon Məhkəməsinin xanım hakimi Şövkət Nəcəfovaya ki, o məhkəmə zamanı dövlət ittihamçısını əməlli başlı qınadı ki, bu nə ittiham aktıdır məhkəməyə tam araşdırma aparmadan tezbazar təqdim etmisiniz? Belə olmaz axı. İşə ciddi yanaşmaq lazımdır.” Və təqdim olunmuş tam və yetəli dərəcədə araşdırılmayan ittiham aktına əsasən idmançı oğluma 1 il 2 ay azadlıqdan məhrumetmə cəzası verdi. Bir daha xatırladım ki, Abşeron rayon hərbi Səfərbərlik idarəsi oğlumu bir dəfə rəsmi bildiriş göndərib iyun ayında hərbi xidmətə dəvət etsəydi və bildirsəydi ki, Sizin ali təhsillə bağlı verdiyiniz arayışda saxtakarlıq var. Biz o zaman dərhal oğlumuzu hərbi xidmətə göndərərdik. Lakin görünən budur ki, bu idarə də maraqlı olmayıb ki, oğlum Yalçın hərbi xidmətə getsin. Sadəcə mənə qarşı düşmən mövqedə duran bəzi şəxslərin sifarişi əsasında bu tələni oğlum Yalçın üçün təşkil edib əsas məni cəzalandırmaq istəyiblər Və arzularına da hələlik çatıblar. Yoxsa ki, mən dönə-dönə xahiş edirəm ki, oğlumu hərbi xidmətə aparın, cavab verirlər ki, yox, ortada sənəd saxtakarlığı var. Sənədi bizə verən adamı da sərbəst buraxırlar. Sifariş və tələ bundan artıq necə olur? Budur, oğluma 27 dekabrda hökm oxunub. Biz də 29 dekabrda apellyasiya şikayətini Abşeron rayon Məhkəməsinin dəftərxanasına təqdim etmişik. Nədənsə, indiyədək ( 9 yanvaradək) bu sənəd Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməyib. Nə baş verir?

Çoxhörmətli, cənab Ali Baş Komandan və prezident İlham Əliyev, Sizdən Qobu qəsəbə sakinləri və çempion atası olaraq çox xahiş edirik ki, bütün ömrünü idmanımıza həsr etmiş oğlum Yalçının çoxsaylı medallarını, titullarını, Vətənpərvər olmasını və hərbi xidmətdə öz vətəndaşlıq borcunu yerinə yetirmək istəyini nəzərə alaraq onun işinə Sumqayıt Apellyasiya Məhkəməsində ədalətli qərar verilərək ən ağır şəraiti olan cəbhə bölgəsində bir əsgəriniz kimi hərbi xidmət keçməsinə köməklik edəsiniz. Əvvəlcədən Sizə dərin təşəkkürümüzü bildiririk.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi