azia.az
azia.az

Türkiyədə azərbaycanlı qadınların bu əməli polisi hərəkətə keçirdi

8-01-2022, 10:05


İstanbulda azərbaycanlı qadınların davası polisin hadisə yerinə gəlməsinə səbəb olub.
Türkiyədə azərbaycanlı qadınların bu əməli polisi hərəkətə keçirdi
Azia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Nişantaşı adlanan ərazidə yerləşən estetik mərkəzində sivri çənə əməliyyatı etdirən azərbaycanlı M.İ adlı qadın durumundan razı qalmayıb.

Nəticəni bəyənməyən M.İ. yenidən estetik mərkəzə gəlib. O mərkəzin azərbaycanlı rəhbərləri F.D. və S.D. ilə mübahisə etməyə başlayıb. Mübahisə qısa zamanda böyüyərək davaya çevrilib.

İddialara görə, dava zamanı M.İ estetik mərkəzinin pəncərəsinə çıxaraq “Məni girov götürüblər, öldürürlər” deyə qışqırmağa başlayıb. Küçədən keçənlər qadının qışqırıq səsini eşidərək polisə xəbər veriblər.

Bu zaman küçədə gözləyən M.İ.-nin yaxınları M.T və F.H-də baş verənləri görərək estetik mərkəzə gediblər. Hadisə yerinə gələn polislər onları bölməyə aparıb. Hər iki tərəfin bir-birindən şikayət etdiyi bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi