Məşhur qazax kinorejissoru və musiqiçisi Saken Bitayev Almatıdakı iğtişaşlar zamanı öldürülüb.
Məşhur qazax kinorejissoru və musiqiçisi Saken Bitayev Almatıdakı iğtişaşlar zamanı öldürülüb.![]()
Bildirilir ki, bu barədə mərhumun dostu Daniyar Adilbəyov öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, reperin qətli yanvarın 7-də avtomobilini əlindən almaq istəyən radikallardan gizlənmək istəyən zaman baş verib. “Kütlə arxadan gəlib qapıları açmağa başlayıb. Talançılar gedən maşının arxasınca atəş açmağa başlayıblar. Bir güllə Sakenin ciyərini deşib”, - Adilbəyov yazıb.![]()
O qeyd edib ki, Bitayevin valideynləri hələ də oğlunun meyitini evə apara bilmirlər, çünki şəhərdə ölümü sənədləşdirmək üçün kifayət qədər polis yoxdur. Bütün təhlükəsizlik qüvvələri etirazların yatırılmasında iştirak edir.