azia.az
azia.az

Bakıda taksi çağıran oğlan maraqlı mənzərə ilə qarşılaşdı - FOTOLAR

17-12-2021, 13:05

Bakıda taksi çağıran oğlan maraqlı mənzərə ilə qarşılaşdı - FOTOLAR
Bakı sakini sifariş verdiyi taksiyə əyləşəndə maraqlı mənzərə ilə qarşılaşıb.

"Qafqazinfo" xəbər verir ki, vətəndaş Fərid Rzayev bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. Qeyd edib ki, taksiyə oturanda pəncərədən ətrafa boylanan it görüb.

Müştəri Nurxan adlı taksi sürücüsündən heyvanın niyə maşında olması ilə bağlı maraqlanıb: "Sürücüdən soruşuram ki, axı bu necə olur? Yəqin, heç də bütün müştərilər heyvanları sevmir və onlarla birgə getməkdən imtina edirlər... Deyir ki, hə, iki həftədə belə hallar az olmayıb. Amma heyifsilənmirəm, şəhərdə taksi çoxdur, maşınsız qalmazlar. Valideynlərim Naxçıvandadır, mən isə burada. İt isə evdə tək qalmır".
Sürücünün itə sahiblənməklə bağlı hekayəsi isə maraqlıdır: "Müştəri itə hirsləndi və onu bezdirdiyini deyərək küçəyə atmaq istəyirdi. Mən isə qoymadım. İndi onunla bərabərik. İti taleyin ixtiyarına buraxa bilməzdim axı".

Sözügedən paylaşım sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub, taksi sürücüsünün bu addımı təqdir edilib.

Bakıda taksi çağıran oğlan maraqlı mənzərə ilə qarşılaşdı - FOTOLAR
Bakıda taksi çağıran oğlan maraqlı mənzərə ilə qarşılaşdı - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi