azia.az
azia.az

SON DƏQİQƏ! Bəd xəbər açıqlandı: Növbəti 1 ay müddətində...

15-12-2021, 20:36

SON DƏQİQƏ! Bəd xəbər açıqlandı: Növbəti 1 ay müddətində...
"Azəriqaz" qazanxanaların qaz təchizatını dayandırsa belə, bu, borcun ödənilməsində onlara hər hansı avantaj yaratmır. Onsuz da bütün qüvvələr bu istiqamətdə səfərbər olub və onları başa düşürük, borc ödənilməlidir.

Azia.az xəbər verir ki, Bunu ARB24-də "Nə baş verir?" verilişinə açıqlama verən “Azəristiliktəchizat”ın Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

O bildirib ki, hökumətə və aidiyyəti qurumlara qazanxanaların qaz təchizatının dayandırılmaması ilə bağlı müraciət olunub.

Məsələyə münasibət bildirən ''Azəriqaz'' İstehsalat Birliyinin şöbə müdiri Vüqar Qocayev isə bildirib ki, "Azəristiliktəchizat"a yenidən güzəşt edilməsi nəzərdə tutulmayıb:

"Noyabrın 15-də qazın verilməsi bərpa olunan zaman "Azəristiliktəchizat"a güzəştlər edilmişdi. Bizim bu gün tələb etdiyiniz borc noyabrın 1-dək olan borcdur və onlara ödənilməsi üçün 1 ay əlavə müddətin verilməsi güzəşt idi. Noyabrdan dekabrın 1-dək olan müddətdə isə artıq 10 milyon manatdan yuxarı borc var. Bu borc da növbəti 1 ay müddətində ödənilməlidir. Bizim də öz öhdəliklərimiz var. Külli miqdarda debitor borcun yaranması öhdəliklərimizin yerinə yetirilməsində çətinliklər yaradır".







OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi