Füzulidə daha 1 erməni hərbçinin qalıqları tapıldı
Füzulidə daha 1 erməni hərbçinin qalıqları tapıldı
Füzuli rayonunda aparılan axtarışlar zamanı ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv edilmiş, lakin bu günə qədər itkin düşmüş hesab olunan daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.
"Ölkə.Az"ın məlumatına görə, onun şəxsiyyəti məhkəmə-tibb ekspertizasının rəyindən sonra müəyyənləşdiriləcək.
Ermənistan mətbuatı məlumat verir ki, bununla da 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazisində qalıqları tapılan, əvvəllər itkin düşmüş hesab edilən erməni hərbçilərin sayı 1 698 nəfərə çatıb. Onların hamısı Ermənistana təxliyə edilib.
Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi bu günə kimi müharibə itkilərinin dəqiq sayını açıqlamayıb.