Gürcüstan DTX-dan çevriliş açıqlaması: “Saakaşvilinin adamları dövlət binalarını…”
Gürcüstanın eks-Prezidenti Mixail Saakaşvili həbsxanadan dövlət çevrilişi etməyi planlaşdırır. Bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Baça Mqeladze bildirib. Onun sözlərinə görə, Gürcüstanda Saakaşviliyə dəstək məqsədilə keçirilən etiraz aksiyalarının iştirakçıları dövlət müəssisələrinin binalarını bloklamağı planlaşdırır. Mqeladze bildirib ki, dövlət çevrilişinə M. Saakaşvili rəhbərlik edir.