azia.az
azia.az

Türkiyə PUA-larına embarqo qoyan şirkət MÜFLİS OLDU

28-10-2021, 09:01


Vətən müharibəsində Azərbaycan ordusunun Türkiyə istehsalı pilotsuz uçuş aparatlarından (PUA) uğurla istifadə etməsindən sonra Kanada Türkiyəyə silah embarqosu tətbiq edib. Qərar “L3 Wescam” və “Telemus Systems” kimi şirkətlərin Türkiyəyə zərbə tipli PUA-larında istifadə edilən hissələr ixrac etməsinin qarşısı alıb.
Türkiyə PUA-larına embarqo qoyan şirkət MÜFLİS OLDU


Xəbər verilir ki, embarqo qərarı Kanada şirkətlərinin milyonlarla dollar itirməsinə səbəb olub.



Kanada hökumətinin Türkiyəyə silah embarqosu tətbiq etməsindən sonra “Telemus Systems” şirkəti müflis olub. Şirkətin yeganə müştərisi Türkiyə Aerokosmik Sənaye şirkəti (TUSAŞ) idi və “Anka” PUA-larında istifadə edilən kəşfiyyat sistemləri istehsal edirdi.



Şirkət 2021-ci ilin ilk 7 ayında heç bir gəlir əldə etməyib.



“Telemus Systems”in iflas hesabatındakı yer alan açıqlamalara görə, Kanada Xarici İşlər Nazirliyi 2020-ci ildə Kanada hökuməti adından Türkiyəyə hərbi məhsul və texnologiyaların ixracı üçün ixrac icazələrini dayandırıb. Bu, yeganə müştərisi TUŞAŞ olan şirkətin iflasına gətirib çıxarıb.//modern.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi