azia.az
azia.az

15 ildir evli kişi ilə yaşayan qadın qızı ilə bağlı dərdini anlatdı - Məktub var!

22-09-2021, 09:04

15 ildir evli kişi ilə yaşayan qadın qızı ilə bağlı dərdini anlatdı - Məktub var!

Azadqadin.az saytının redaksiyasına daha bir məktub daxil olub. İki qadınla ailəli olan kişinin qeyri-rəsmi yaşadığı arvadı 14 yaşlı qızı ilə bağlı nigarandır və oxucuların məsləhətinə ehtiyacı var. Azadqadin.az məktubu təqdim edir:
15 ildir evli kişi ilə yaşayan qadın qızı ilə bağlı dərdini anlatdı - Məktub var!
"Salam, Uzun uzadı yazıb başınızı ağrıtmaq istəmirəm. Ancaq bilmək istəyirəm ki mən haqlıyam yoxsa yox. Həyat belə gətirdi ki, mən bir kişi ilə vətəndaş nikahında yaşayıram. Vətəndaş nikahı var aramızda onunla. Həyat yoldaşımdır. 15 ilə yaxındır. Onunla bir qızımız var. 14 yaşı var. Kişinin rəsmi nikahda olduğu digər həyat yoldaşından isə iki uşağı var. Bir qız bir oğlan. Mənim qızım ögey bacı qardaşını tanımır. Onlarda qızımı tanımırlar. Ama mən şəkillərin görmüşəm.
Bilmirəm arvadının məndən və qızımdan xəbəri var ya yox. Ama 15 ildə heç bir problem yaşamamışıq. İndi məsələ budur ki, qızım artıq böyüyüb. Gənc qızdır. Atası vətəndaş nikahında olsaq da öz soyadını qızıma verib. Çox yaxşı da ailə başçısıdır. Həm o rəsmi nikahdan olan arvadının uşaqlarına, həm də mənimlə olan qızımıza çox yaxşı baxdı, heç bir ehtiyacımız yoxdur heç nədən.
Amma bir məsələ var. Qızım artıq böyüyüb qeyd eydiyim kimi. Atasına deyirəm ki digər uşaqlarına qızımı tanış et. Ögey də olsalar bacı - qardaş bir - birlərini tanısınlar. Sabah nə olacaq, başımıza nə gələcək bilmirik. Uşaqlar bir birlərini tanısınlar, hayan olsunlar. Digər uşaqları böyükdürlər. Qızın 20, oğlanın 24 yaşı var.
Amma yoldaşım deyir yox. Mümkün deyil. Bir birilərini tanımasalar yaxşıdır. Deyir qızımı məktəbi bitirsin göndərəcəm Türkiyədə oxusun. Heç Azərbaycana gəlməsin. Mənim bircə balam var. İstəmirəm ondan ayrılım. Qızlar sizcə bu vəziyyətdə mən nə etməliyəm ?
Deyəcəksiniz ki, yəqinki ailə problemin niyə bura yazırsan ?! Qızlar, mənim öz ailəmlə elə də ünsiyyətim yoxdur. Qızım anadan olan gündən öz ana atamdan ayrı yaşayıram. Yazıq uşaq heç dayısının, xalasının üzlərini düz əməlli görməyib. Məsləhətlərinizə ehtiyacım var."


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi