Toy gecəsi bakirə çıxmayan arvadının başını qırxıb ata evinə göndərdi - VİDEO
Ailə qızlarının intiharında onun həyat yoldaşını günahlandırıb.Azərbaycanda intihar edən 5 ayın gəlini Mahirənin ailəsi bu dəfə ATV telekanlında yayımlanan "Bizimləsən" verilişinə müraciət edib. Verilişdə intihar edən gəlinin anası Məxruq danışıb. Onun sözlərinə görə, qızı ailə qurub, beş ayın gəlini olub. Daha sonra isə özünü evdə asaraq intihar edib. Ailə qızlarının intiharında onun həyat yoldaşını günahlandırıb.
"İyunun 7-dən elçi gəldilər, avqust ayına qədər uzatdım. Sonra qızım dedi ki, "əgər verməsəniz, qoşulub qaçacağam". Oğlan da bir dəfə ailəli olub, ayrılıb. Oğlangil tərəfdə birinci gəlinin haqqında bizə demişdilər ki, guya toy gecəsi qız çıxmayıb. Başını qırxıb geri qaytarıblar. Hadisə baş verən gün isə çox narahat idim. Qızımın həyat yoldaşına zəng edib dedim ki, evdəsənsə, Mahirəylə danışım. O da dedi ki, "yox, rayona müştəri aparmışam. On dəqiqəyə evə çatım, danışdıraram". Yenə ürəyim dözmədi, qayınanasına zəng vurdum. O da dedi ki, axşam danışmışam, hər şey yaxşıdır. Telefonu söndürən kimi, kürəkənim zəng vurub dedi ki, Mahirə özünü asıb. Qızımgilə çatanda, gördüm ki, polislər Təcili Tibbi Yardımla qızımı xəstəxanaya aparırlar. Bizə də maraqlıdır, qızım necə özünü asıb ki, tavandan torpaq qopmayıb, asdığı dəmir əyilməyib".