Koronavirusun yeni və gözlənilməz simptomu ortaya çıxıb - FOTO
COVID-19-a yoluxan insanların ayaq barmaqlarında qıcıqlanma və qızartı yarana bilər.![]()
“The Telegraph”ın məlumatına görə, koronavirusun yeni və gözlənilməz simptomu barədə beynəlxalq Dermatoloji Cəmiyyətləri Liqası və Amerika Dermatoloji Akademiyasının alimləri birlikdə tədqiqat aparıblar.
Donvurmaya bənzəyən simptomlar bir-dörd həftə davam edir və ayaqların şişməsinə səbəb ola bilir. Ancaq bəzi xəstələrdə simptomların bir neçə ay davam etdiyi hallara da rast gəlinib.
Qeyd edək ki, beynəlxalq COVID-19 Dermatoloji Reyestrində oxşar hallarla qarşılaşmış koronavirus xəstələri qeydiyyata alınıb. Bu xəstələrin təxminən yarısında ayaq iltihabı meydana gəlib, onların da təxminən 16 faizi xəstəxanaya yerləşdirilib.