azia.az
azia.az

"Kreml 7 rayonun tam azad olunmasına qarışmayacaq, amma…"

23-10-2020, 11:38


"Putin əslində dedi ki, hələlik münaqişədə tərəf deyilik, çünki Ermənistanla strateji, Azərbaycanla isə dost münasibətlərimiz var. Ən vacib məqam: Bildirdi ki, Azərbaycan torpaqları daim işğalda qala bilməz. O, Sumqayıtda və Qarabağda ermənilərim öldürüldüyünü dedi, amma nə Xocalını, nə də bu günlərdə olan Gəncə faciəsini yada salmadı, hətta 1915-ci hadisələrini də xatırlatdı - məncə, yaxşı mesaj deyildi, amma Putin erməni xalqına mesaj verdi ki, söhbət sizdən getmir, xalq olaraq xristian xalqını sevirik, amma rəhbərinizlə problemimiz var".
"Kreml 7 rayonun tam azad olunmasına qarışmayacaq, amma…"
Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

"Türkiyə haqqında, Erdoğan haqqında pozitiv danışdı, amma "qırmızı cizgilərin" olduğunu da gizlətmədi - görünən odur ki, Kreml Türkiyəni NATO dan qoparmaq istəyini gizlətmir, buna nail olacağını düşünür - bu düşüncə bizə sərf edir, amma mən Türkiyənin NATO dan, Qərbdən qopacağını düşünmürəm. Çıxardığım nəticə: Putin hələ ki, qarışmaq istəmir, hələ Ermənistanda məqsədinə çatmayıb, Kreml 7 rayonun tam azad olunmasına qarışmayacaq, amma Xankəndinin tam təslim olmasına da, deyəsən, imkan vermək istəmirlər. Ümumi götürsək, Putinin çıxışı bizə qarşı deyili, görünür ki, adam gücə, hərbə, torpaq qaytarmağa simpatiya ilə yanaşır, "Krım naş" dalğasında baxır məsələyə. Bir sözlə, təmizliyə davam, yaxşıdır hər şey!" - N.Cəfərli qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi