Atlantik okeanında yaranan "Beta" fırtınası Meksika körfəzinə yaxınlaşır
Ötən gün Atlantik okeanda tropik “Beta” fırtınası meydana gəlib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Qasırğa Müşahidəsi Mərkəzi məlumat yayıb.
Bildirilib ki, tropik fırtınanın yaratdığı küləyin sürəti 18 m/s-ə çatır. Meksikanın liman şəhəri olan Tampikodan təqribən, 545 km şimal-şərqdə yaranan fırtına hazırda şimal-şərq istiqamətində təxminən, 15 km/saat sürətlə hərəkət edir.
Fırtınanın bazar günü axşam istiqamətini dəyişdirəcəyi və bazar ertəsi Meksika Körfəzinin qərb sahillərinə yaxınlaşacağı proqnozlaşdırılıb.