azia.az
azia.az

Çindən rəsmi Vaşinqtona 10 sual: Nə üçün ABŞ ekspertlərinə COVİD-19-u müzakirə etməyə icazə verilmir?

5-05-2020, 11:54


Son günlərdə ABŞ rəsmiləri prezident Donald Tramp və dövlət katibi Maykl Pompeonun dili ilə Çinə qarşı koronavirus pandemiyası ilə bağlı ittihamlar səngimir. Birləşmiş Ştatlar rəhbərliyi “COVİD-19” virusunun təbii mənşəli deyil, Uhan şəhərindəki laboratoriyalardan birindən sızdığını bildirməklə yanaşı, rəsmi Pekini epidemiyanın yayıldığı ilk günlərdə onu gizlətməkdə suçlayıb.
Öz növbəsində Çin hakimiyyəti xəstəliyin yayıldığı ilk dövrlərdən etibarən açıq və məsuliyyətli mövqe tutduğunu bildirərək hər zaman dünya ictimaiyyətini infeksiya barədə məlumatlandırdığını bildirib. Bundan başqa, kommunist rejim virusun süni şəkildə yaradılması iddialarını rədd edərək, ABŞ-a qarşılıqlı suallar ünvanlayıb.
Çindən rəsmi Vaşinqtona 10 sual: Nə üçün ABŞ ekspertlərinə COVİD-19-u müzakirə etməyə icazə verilmir?
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çinin qoyduğu suallar dövlətin rəsmi “Jenmin Jibao” qəzetində yayımlanıb.

1.ABŞ hansı səbəbədən quş qripi virusunun modifikasiyası üzrə eksperiment haqqında informasiyanı təqdim etmir?

Çinlilər bununla bağlı ötən ilin fevral ayında ABŞ-ın “Science” jurnalında çıxan xəbərə istinad ediblər.

2.Nə üçün ABŞ ordusunun infeksiya xəstəlikləri üzrə məşğul olan tibbi institutu öncələr qapadılıb?

Belə ki, “The Global Biodefence” saytının xəbərinə əsasən, ABŞ Silahlı qüvvələrinin İnfeksiya xəstəlikləri institutu, habelə Merilend ştatındakı Fort-Detrik bögəsində yerləşən Bioloji araşdırmalar mərkəzi yalnız epidemiya ilə bağlı informasiyalar ortaya çıxdıqdan sonra işini bərpa edibmiş.

3. 2019-cu ildə ABŞ-ın Səhiyyə və sosial xidmətlər departamenti (nazirlik) COVİD-19 epidemiyasının yayılması ilə bağlı ssenari işləyib hazırlayıb. Bunu təsadüfi saymaq olarmı?

Çinlilər bu ilin mart ayında “The New York Times” qəzetində adı çəkilən nazirliyin 2019-cu ilin yanvar-avqust aylarında “Al-qırımızı yoluxma” adlı bir ssenari hazırlandığı və orada Çində olan bir qrup turistdən dünyaya virus yayılmasının səhnələşdirildiyi barədə yazı getdiyini xatırladıblar.

4. Amerikan kəşfiyyatı hələ 2019-cu ilin noyabrında koronavirus böhranı haqqında məlumat verdiyi halda onların xəbərdarlıqları niyə nəzərə alınmayıb?

Burada ABŞ-ın Milli tibbi kəşfiyyat mərkəzinin (NCDMİ) həmin vaxt yayımladığı xüsusi hesabat nəzərdə tutulur.

5. ABŞ-da 2019-cu ildə qripdən ölənlərin neçəsi COVİD-19-a yoluxub?

Çinilər buna əsas olaraq “Asahi Television” kanalının həmin vaxt 14 min qriplə ölüm vaqiəsinin əslində koronavirusla bağlı olması barədə reportajına istinad edib.

6. Koronavirusun yeni tipi ABŞ-da nə zaman peyda olub?

7. ABŞ COVİD-19-a qarşı peyvəndlərin testinə başlamaq üçün virusun ştammını necə bu dərəcədə tez əldə edə bilib?

Çin rəsmiləri hələ bu il mart ayının 16-da “The Wall Street Journal” qəzetinin “Moderna İnc.” şirkətinin eksperimental peyvəndlərinin sınaqdan keçirildiyini xəbər etməsinə işarə vurublar.

8. Əgər pandemiya təhlükəsiz idisə, hansı səbəbdən dövlət adamları əllərindəki səhmləri aşağı qiymətdən satmağa başlayıbar?

Burada “Jenbin Jibao” qəzeti Senatın kəşfiyyat üzrə komitəsinin sədri Riçard Barrın əlindəki qiymətli kağzırları 1,7 milyon dollara satmasını əsas göstərib.

9. Nə üçün ABŞ ekspertlərinə COVİD-19-u müzakirə etməyə icazə verilmir?

Çin qəzeti Amerikanın əsas immunoloqu və infeksionisti Antonio Fauçinin yalnız vitse-prezident Maykl Penslə məsləhətləşdikdən sonra müxtəlif tədbirlərdə çıxış etdiyini vurğulayır.

10. ABŞ-ın bioloji laboratoriyalarında hazırda müxtəlif araşdırmalar həyata keçirilir və rəsmi Vaşinqton niyə bu barədə susur?

Burada isə Rusiyanın “Sputnik” saytının ABŞ-ın bir sıra ölkələrdə, o cümlədən Gürcüstan və Ermənistanda gizli laboratoriyalar qurduğu barədə xəbərlərinə geniş yer verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi