Koronavirus xəstələrinin 90 faizini ənənəvi Çin təbabəti sağaldıb
Çin tibb laboratoriyasının tədqiqatçıları yeni koronavirus pnevmoniyasının (COVID-19) müalicəsində ənənəvi Çin təbabəti (ƏÇT) preparatlarının effektini qiymətləndirmək üçün siçan modeli yaradıblar.
Çinin mərkəzi Uhan şəhərində COVID-19 epidemiyasının baş verməsi zamanı hava şəraitinə əsaslanaraq Çin Ənənəvi Təbabət Akademiyası nəzdində ÇƏT İnstitutundakı ABSL-2 laboratoriyası soyuq və rütubətin səviyyəsinə uyğun siçan modeli yaradıblar.
Tədqiqatçılar laboratoriya siçanlarını HCoV-229E insan koronavirusu ilə yoluxmağa məcbur ediblər və COVID-19 ilə oxşar patoloji dəyişikliklərə malik heyvan modeli yaradıblar, “Ketszi jibao” /Science and Technology Daily/ qəzeti bildirib.
Onlar bir sıra virus göstəricilərinin, heyvanların mədə-bağırsaq funksiyalarının, immunitet və iltihab amillərinin monitorinqi vasitəsilə ÇƏT-in koronavirus infeksiyasına qarşı təsirini qiymətləndiriblər.
Tədqiqatın nəticələri göstərib ki, seçilmiş dərman vasitələri siçanların ağciyərlərində iltihabı və bu heyvanların ağciyər toxumasında virusun yükünü əhəmiyyətli dərəcədə azalda bilir, həmçinin siçanların periferik qanında immun hüceyrələrin payını artıra bilir.
ÇƏT xəstəlikləri bəzən müxtəlif baxımdan aşkar edir, diaqnoz qoyur və qarşısını alır. ÇƏT vasitəsilə xəstəliklərin müalicəsi yalnız virusun səbəb olduğu simptomlara yönəldilib, virusun öz tipinə yox”, - laboratoriyanın direktoru Tsuy Syaolan deyib.
Modelin məlumatlarına əsaslanaraq COVID-19-un müalicəsində 16 növ ÇƏT preparatı seçilib.
Klinik müşahidələr göstərir ki, Çinin kontinental hissəsində COVID-19-a yoluxmuş xəstələrin 90 faizdən çoxunun müalicəsində ƏÇT effektiv olduğunu sübut edib. Bunu ÇXR ənənəvi Çin təbabəti işləri və əczaçılıq üzrə Dövlət İdarəsinin partiya komitəsinin katibi Yuy Yanhun bildirib.
Çin Mühəndislik Akademiyasının akademiki Çjan Boli bildirib ki, Qərb təbabəti nəfəs və qan dövranının dəstəklənməsi kimi zəruri tədbirləri təklif edir, ƏÇT isə əsas diqqəti pasiyentlərin fiziki fəaliyyətinin və immun funksiyasının yaxşılaşmasına yönəldir.