Azərbaycanda yas mərasimlərinə koronavirus məhdudiyyəti qoyuldu
Azərbaycanın bir sıra məscidlərində koronavirus təhlükəsi ilə əlaqədar olaraq, yas mərasimlərinin keçirilməsi qadağan edilib.
Musavat.com-un xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) göstərişi ilə “Təzə Pir” və "Heydər" məscidilərinin mərasim zallarında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub.