“Unibank”-da müştərilərin pulu oğurlandı-İDDİA
Dünən ölkənin iri kommersiya banklarından olan “Unibank ASC”-də ciddi problemlər yaranıb.
AzPolitika.info xəbər verir ki, yüzlərlə müştərinin kartlarından iri məbləğdə vəsaitlər silinib, bəzilərinə isə borc yazılıb. Bankın “Facebook”-dakı səhifəsində bu barədə xeyli sayda şərhlər yerləşdirilib. Müştərilər bankın ünvanına kəskin ifadələr işlədərək pullarının geri qaytarılmasını, baş verən oğurluğa aydınlıq gətirilməsini tələb ediblər. Onlardan bir neçəsini təqdim edirik:
Seymur Amirov: 349 AZN çıxıb, balansi minus ediblər
Baloglan Salmanov: 527 manat nədir, bu nə dələduzluqdur?!
Sahibə Kərimli: Bunları Allah zəlil eləsin, ürəyim dayanacaq. Balansda 489 manat qaldı. Mən tək deyiləm, hamiləyəm, bu əsəb uşağa da, mənəd çox pis təsir edəcək.
Nurlan İsa: Deyəsən, ən az ziyan mənə dəyib. Səsimi çıxarmayacağam, camaatda mənfi 892 manat göstərir.
Ülvi Əhmədzadə: Açıqlama gözləyirəm. Balansımda 140 AZN var idi. 331 manat çıxılıb və 191 manat borc yaranıb. Yaxşı ki, balansı bu gün boşaltmışdım.
Elmar Maharramov: “Unibank”-dan acıqlama gözləyirik. Məndən də bu gun 200 manat cıxıblar. Etibar etmişdik, ona görə?!…
Qeyd edək ki, “Unibank” ASC müşətrilərə Visa Platinum, Visa Infinite Unimiles, Mastercard Black Edition, Mastercard World Elite və Albalı Pulus Debet kartları ilə xidmət edir.
Baş verən hadisə ilə bağlı kommersiya qurumundan qısa açıqlama verilib. Bankdan bildiriblər: “Bir qədər əvvəl bəzi Unibank kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub. Məsələyə operativ münasibət bildirən bütün müştərilərimizə təşəkkür edirik! Belə həssas məqamda məsələyə daha soyuqqanlı yanaşan və son anadək hər kəsin bankına güvənən, etibar edən və sosial şəbəkələrdə ədalətli mövqe nümayiş etdirən müştərilərimizə isə xüsusi minnətdarlıq bildiririk!”