Əməkhaqqı kartlarının sayı kəskin artıb - CƏDVƏL
Azərbaycandakı ödəniş kartlarının sayı artır. Artım daha çox əməkhaqqı kartlarının sayında nəzərə çarpır.
Azia.Az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2018-ci ilin dekabr ayının 1-nə cəmi ödəniş kartlarının sayı 6 milyon 476 min ədəd təşkil edib.
Təkcə noyabrda cəmi ödəniş kartlarının sayı 52 min ədəd artıb. Əməkhaqqı kartlarının sayı isə bu ilin yanvar-noyabr aylarında 199 min ədəd çoxalıb.
Bu ilin oktyabr ayı ilə müqayisədə, noyabrda sosial kartların sayı 13 min ədəd azalaraq, 2 milyon 532 min ədədə düşüb. Həmin ayda əməkhaqqı kartlarının sayı 10 min ədəd artaraq, 2 milyon 41 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartların sayı 24 min ədəd artaraq, 1 milyon 69 min ədədə, kredit kartlarının sayı isə 32 min ədəd artaraq, 835 min ədədə çatıb.
İl, ay
Ödəniş kartları ümumi sayı, min ədəd, (dövrün sonuna)
Debet kartları, Sosial kartlar
Debet kartları, Əmək haqqı kartları
Debet kartları, Digər
Kredit kartları
31.12.2017
5800
2535
1827
815
623
2018
01
5820
2517
1842
807
655
02
5890
2522
1880
814
673
03
5933
2513
1893
814
713
04
6022
2511
1890
866
755
05
6072
2513
1878
897
784
06
6112
2521
1877
914
799
07
6174
2521
1908
922
823
08
6224
2505
1930
953
836
09
6357
2547
1941
982
887
10
6424
2545
2031
1045
803
11
6476
2532
2041
1069
835