Beynəlxalq Bank lider oldu
Azərbaycan Beynəlxalq Bankı 2015-ci ilin nəticələrinə əsasən, Mərkəzi Bankın keçirdiyi müsabiqədə "Elektron ticarətin inkişafında lider bank" nominasiyasının qalibi elan olunub.
Bankın mətbuat xidmətindən daxil olan "Təmassız ödəniş kartları üzrə lider bank" və "Təmassız POS-terminal infrastrukturu üzrə lider bank" nominasiyalarında da Azərbaycan Beynəlxalq Bankı lider mövqelərdə qərarlaşıb.
Qeyd edək ki, ötən il Azərbaycan Beynəlxalq Bankının elektron xidmət şəbəkəsi vasitəsilə ümumi dövriyyəsi 51,872,568 manat olan 2,231,816 əməliyyat aparılıb. Əməliyyatların 1,609,684-ü ATM-lər, 24,750-i İnternet-bankçılıq, 757-i bank köşkləri, 596,625-i MobilBank xidmətləri vasitəsilə yerinə yetirilib.
Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. Aktiv ödəniş kartlarının sayı hazırda 1 248 745 olan Bankın 737 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11 mindən çox POS terminalı müştərilərin istifadəsindədir.
“VİSA PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını da ölkəmizdə ilk dəfə olaraq məhz Azərbaycan Beynəlxalq Bankı 2013-cü ildən tətbiq etməyə başlayıb.
35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.