azia.az
azia.az

Binəqədi-Mehdiabad avtomobil yolu yenidən qurulur

27-04-2017, 11:51

Binəqədi-Mehdiabad avtomobil yolu yenidən qurulur

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını yaxşılaşdırmaq istiqamətində Prezident İlham ƏIiyevin verdiyi tövsiyə və tapşırıqlara əsasən, ölkə ərazisində 40 kənd və qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətidən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində bu çərçivədə icra olunan layihələrdən biri də 10,3 kilometr uzunluğunda olan Binəqədi-Mehdiabad-Fatmayi-Goradil avtomobil yoludur.

Hazırda həmin avtomobil yolunun 3,9-cu kilometrlik hissəsinin, yəni Binəqədi-Mehdiabad hissəsinin yenidən qurulması işləri aparılır.

Binəqədi-Mehdiabad yolu uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolun hərəkət hissəsində bəzi yerlər qabarmış və deformasiyaya uğramışdı. Üstəlik yol boyu piyada səkilərinin olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı. Artıq bu problem geridə qalır.

Eni 9-11 metr arası dəyişən yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işlərinə başlanılıb. İki hərəkət zolaqlı olan yola iki qat olmaqla, 12 santimetr qalınlığında yeni asfalt-beton örtük döşənir. Ümumilikdə, yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min kvadrametr sahəsinin asfaltlanması nəzərdə tutulub.

Bundan başqa, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 2,5 metr enində yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 7700 paqonmetr səki daşları düzülüb. Hazırda ərazidə piyada səkilərinin hərəkət hissəsinin asfaltlanması işləri aparılır.

Yolun yenidən qurulması işləri başa çatdıqdan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqları, yolcizgi və yolgöstərici xətləri çəkiləcək.

Qeyd edək ki, bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Sözügedən hissədə işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Növbəti mərhələdə yolun Mehdiabad-Goradil hissəsinin əsaslı şəkildə təmiri nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi