azia.az
azia.az

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da Apellyasiya Şuraları yaradıldı

3-02-2016, 15:44

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da Apellyasiya Şuraları yaradıldı Prezident İlham Əliyev mərkəzi və yeri icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında fərman imzalayıb

Fərmana əsasən, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mərkəzi və yeri icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılması haqqında qərar verilib.
Fərmana əsasən, “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”, “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib.
Fərmanla Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və icrası barədə beş ay müddətində prezidentə məlumat vermək tapşırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi