azia.az
azia.az

AXCP-nin rayon şöbəsinin sədrini öldürəndən xəbər var

6-10-2022, 09:43

Bərdə adam öldürməkdə təqsirləndirilən Xazər Məmmədovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.


Məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.


Məhkəmənin hazırlıq iclası oktyabrın 14-nə təyin edilib.


Qeyd: Bu il iyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılan ilkin araşdırmalarla zərərçəkənin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Xatırlatma: Qətlə yetirilən Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri olub.

 

Kamal Məmmədov 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi