Səbail Futbol Klubunda dağıdılan büdcə və qazanılan Albalı villaları- FOTO-İDDİA
Firuz Qarayev və Rəşad Məmmnədov klubdan niyə ayrıldı?
Bildiririk ki, redaksiyamıza Səbail Futbol Klubunun fəaliyyəti barədə məlumat daxil olmuşdur. Verilən məlumatda qeyd edilir ki, Firuz Qarayevin rəhbərlik etdiyi klubun idmançılara və klubun rəsmi işçilərinə 350 min manat civarında borcu olduğu iddia edilir. Adının açıqlanmasını istəməyən şikayətçinin bildirdiyinə görə, Firuz Qarayevin rəhbərliyi dövründə əsaslı təmirə və idman meydançaların tikintisinə sərf olunan maliyyənin xərclənmənin şəffaflığında ciddi şübhələr yaradıb. Belə ki, xərclənən pulların heç də hamısı idman strukturunun tikintisinə yönəldilməyib. İddİa olunur ki, tendərdə “qalib” olan şirkətlə əLbir olub köçürülən vəsaitİ elə yerindəcə parçalaYIB. Parçalanmanın dəqiq rəqəmləri barədə araşdırmadan sonra....
Mənbə sonra qeyd edir ki, pulların parçalanan hissələri Albalı bağlarında villaların tikintisinə sərf olunub. Əlbəttə ki, bu mənbənin iddiasıdır. Albalı bağlarında qısa müddət ərzində ucalan villaların kimlərə məxsus oluğu barədə növbəti yazıda məlumat veriləcək. ![]()
İndi hər kəsi bir məsələ maraqlandırır. Ölkə rəhbəri İlham Əliyevin dövlət büdcəsinə qənaət edilməsi haqqında verdiyi tapşırıq və göstərişlər sözügedən klubun rəhbərliyinə görünür hələ təsir etməyib.
Adından da göründüyü kimi futbol klubu büdcə vəsaitini meydançalarda o qədər fırladıb ki, səsi Albalı bağlarına qədər gedib çıxıb. Kim bilir başqa haralara da bu yol uzanıb.
Fotolar isə sözügedən Albalı bağlarınacan uzanan büdcənin ərsəyə gətirdiyi villalardır.
Sadalanan faktlara cavab almaq üçün Firuz Qarayev(Abdulla) ilə əlaqə saxladıq. O bildirdi ki, mən artıq o klubdan ayrılmıışam, başqa yerdə çalışıram. Sizə bunu düyənlər qələt edib. Heç kimin mənim şəxsi işlərimə qarışmağa ixtiyarınız yoxdur. Nə bilirsiniz yazın.
Biz isə redaksiya olaraq tədbir görülməsi üçün yazını Koorupsiyaya Qarşı Mübarizə Baş idarəsinə, Maliyyə nazirliyinə və digər aidiyyatı qurumlara göndəririk.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Azia.az