azia.az
azia.az

Şabran İcra hakimiyyətində mühasib qalmaqalı-İşdən çıxarılan sertifikatsız mühasiblər kimin vasitəsi ilə işə düzəldi

Bu gün, 00:52


Şöbə müdiri Nəsimi Mirzəyev mühasiblərin niyə kabusuna çevrilib?

 Redaksiyamıza Şabran rayon icra hakimiyyətində mühasib qalmaqalı ilə bağlı məlumat daxil olnmuşdur. Məlumatda bildirilir ki, yanvar ayının əvvəllərindən etibarən serttifikasiyadan keçə bilməyən mühasiblər işdən azad olunacaqlar kimi məlumatlar yayılmağa başladı. Bu məlumatın icra hakimiyyətində mühasiblər arasında böyük səs-küy yaratdığı bildirilir. Məlumatı olduğu kimi nəzərinizə çatdırırıq. 

Bəli, 9 mühasibin işdən çıxarılması barədə informasiya yayılır. Bunun ardınca isə qanunun tələbləri önə çəkilir. Xəbərdarlıqlar olunur. Amma...

Ammasını şöbə müdirinin  qanunsuz hərəkətləri məlumatın doğruluğunu təsdiq edir. 

Əvvəlcə gəlin görək əmək qanunvericiliyinin bizdən nələri tələb etməsi barədə məlumat verək. 

İlk olaraq xatırladaq ki, işdən azad olunanların yerləri barədə dərhal vakansiya verilməli olduğu halda, təəssüflər olsun ki, bu Şabran rayon icra hakimiyyətində baş verməyib. Əslində İşdən azad olunma baş versə də vakansiya olmayıb. Nədənsə icra hakimiyyətinin daxilində baş verən şübhəli əməliyyat  sirr olaraq saxlanılıb. Məlumata görə, sonrakı hadisələrin gedişi onu göstərir ki, vakansiyaların verilməmə səbəbləri elə şöbə müdiri Nəsimi Mirzəyevin göstərişi əsasında olub. Bu da birbaşa əmək qanunvericiliyinin kobud şəkildə pozulması və vəzifə mövqeyindən sui-istifadə kimi qiymətləndirilir.  

İşdən azad olunan yerlərə əslində vakansiya verilməli olduğu halda, çox keçmir ki, verilən qərar, yəni işdən çıxarılan bir neçə mühasinb barədə qərar dəyişdirilir. 

Sual olunur niyə?

Qərar dəyişəcəkdisə 9 mühasib İşdən niyə çıxarılmışdı?

Boş yerlər barədə niyə vakansiya verilmədi? 

  İşə yenidən qayıdan mühasiblərdən birini qara qaşına və ya savadına, yaxud böyük təcrübəsinə kim “aşiq oldu ki, onu öz yerinə bərpa elədilər. Hələ üstəlik, sertifikat və digər sənədlər tələb olunmadan. Görünür işə düzələn mühasibin savadı yox, digər keyfiyyətləri çöbə müdirinin marağını özünə çəkə bilib. 

(Xatırladırıq ki, 9 nəfərin əlini sıxan şöbə müdiri barədə geniş araşdırma yazı bir qədər sonra olacaq)

 Şöbə müdiri Nəsimi Mirzəyevin həzmrabesindən keçmək üçün işə düzələn mühasib nələri qurban verdi?

 Bu barədə də geniş araşdırma olacaq. İcra başçısının bu işlərdə nə kimi rolu var? Başçı niyə şöbə müdirinin bu “qalmaqallı mühasib” əməllərinə müdaxilə etmədi? Onu bu müdaxilədən çəkindirən şöbə müdiri Nəsimi Mirzəyevin hansı jestlərdir. 

(Ardı var)

Subut Mehdiyev,

İnsan hüquqları müdafiəsi mərkəzi, jurnalist

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi