Ən zərərli konservləşdirilmiş qidalar
Qastroenteroloq Sergey Vyalov konservləşdirilmiş qidaların bədənə həm fayda, həm də zərər verə biləcəyini bildirdi.
Ucnoqta.az xəbər verir ki, o, bu mövzuda Telegram kanalında paylaşım edib.
Vyalov yüksək şəkər tərkibinə görə şərbətdə konservləşdirilmiş meyvələri zərərli adlandırdı.
O, əlavə etdi ki, konservləşdirilmiş şorbalar və hazır yeməklər də sağlamlığa zərərlidir.
"Tədqiqatlara görə, onların istehlakı ürək-damar xəstəlikləri və 2-ci tip diabet də daxil olmaqla bir çox sağlamlıq problemləri ilə əlaqələndirilir" - həkim yazıb.
Həkim həmçinin konservləşdirilmiş balıqları sağlam adlandırıb, çünki tərkibində protein, omeqa-3 yağ turşuları, D vitamini və kalsium var.
Onlar ürək xəstəliklərindən ölüm riskini 13 faiz azaldır. Vyalov əlavə etdi ki, öz şirəsində konservləşdirilmiş tərəvəzlər və konservləşdirilmiş paxlalılar da faydalıdır.