azia.az
azia.az

ŞƏHİDLƏR AND YERİMİZ, QÜRUR MƏNBƏYİMİZDİR!

10-09-2021, 15:56



ŞƏHİDLƏR AND YERİMİZ, QÜRUR MƏNBƏYİMİZDİR!
Respublikamızın 20 faizdən çox torpaqları uzun illər idi ki, yağı düşmənin tapdağı altında idi. Ərazi bütövlüyümüzü təmin etmək üçün ölkə Prezidentinin apardığı daxili və xarici siyasət axır ki, uğurla başa çatdı. Sülh yolu ilə torpaqları azad etməyən düşmənə güc göstərməyin zamanı gəlib çatdı. 27 sentyabr 2021-ci il tarixdə ölkəmizə qarşı təxribat törədən ermənilər əks-hücumla cavablarını layiqincə aldılar. Yüzlərlə, minlərlə gənc oğullar silaha sarılıb düşmənə öz yerini göstərmək üçün cəbhə bölgəsinə yollandılar. Andronikin nəvələrinə öz əllərinin düzünü göstərdilər, bizim hər birimizə qələbə sevincini yaşatdılar.
Şəhidlər bizim and yerimiz, qürur mənbəyimizdir. Onların əziz xatirəsi həmişə qədirbilən xalqımızın qəlbindədir. Şəhidlər heç vaxt unudulmur, nə qədər zaman keçsə belə. Respublikamızın hər bir bölgəsində şəhidlərimizin xatirə kompleksləri yaradılıb. Bu günlərdə yolumuz Salyan rayonuna düşdü. Şəhərdə son zamanlar aparılan quruculuq, abadlıq işləri göz oxşayırıdı. Bütün bunlarla yanaşı, ən başlıcası 44 günlük müharibə zamanı bizim hər birimizə qürur verən şəhidlərimizin xatirəsinin əbədiləşdiyi komplekslərə baş çəkdik. Hər yerdə igid ərənlərimizin plakatları ilə bəzədilmiş şəhər daha da görkəmli görünürdü.
Şəhid ailələrinin dərdinə şərik olmaq üçün ilk olaraq bir neçə şəhid ailəsində olduq. Gözüyaşlı, mərd, vətənpərvər oğul böyüdən analarla görüşdük. Hər bir şəhid ailəsi ölkə başçısı cənab İlham Əliyev cənablarının şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını vurğuladı. Daim onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını çatdırmağı istədilər.
Onu da xüsusilə qeyd edək ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov da işinin öhdəsindən layiqincə gəlir. O, mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirir, onlara madadi və mənəvi dəstək olur, sosial problemlərinin həllinə çalışır.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı və Müzəffər Ordumuzun fədakar döyüşü sayəsində əldə olunan qələbəmiz əbədi olacaqdır. Qarabağ torpaqları bundan sonra gülüstana çevriləcəkdir. Necə ki, son bir il ərzində bu torpaqlarda quruculuq işləri aparılır və aparılmaqdadır.
İnanırıq ki, Qarabağ torpaqlarında yenidən həyat canlanacaq, bu yerin əsl sahibləri öz doğma yerlərinə qayıdacaqlar.

Yaqut ZEYNALLI

Azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi