Şəhidlərimizin sayı dördə çatdı
Azia.Az xəbər verir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində gedən döyüşlərdə Ordumuz daha bir şəhid verib...
Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, düşmənə qarşı cəza əməliyyatı zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Bununla da son Tovuz istiqamətindəki gərginlik zamanı şəhid olan hərbçilərimizin sayı dördə çatıb.
Düşmənin itkilərinin dəfələrlə çox olduğu xəbər verilir.