azia.az
azia.az

Şəxs vəfat etdikdə verdiyi etibarnamə ləğv olunur? - Bunları BİLMƏLİSİNİZ!

17-08-2023, 08:53

Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki Məcəlləyə görə, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır.

Bəs maraqlıdır, bir şəxs evini və ya hər hansı bir daşınmaz əmlakını kiməsə etibarnamə ilə veribsə, həmin şəxs vəfat etdikdən sonra etibarnamə dəyərdən düşürmü?

Məsələ ilə bağlı Referans.az-a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, verilmiş etibarnaməyə bir neçə hallarda xitam verilə bilər:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə bir neçə hallarda xitam verilir. Etibarnamənin müddətinin bitməsi, etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi, etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi, etibarnamə verilmiş şəxsin imtinası, adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi, adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi, etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması və etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması”.


Hüquqşünasın sözlərinə görə, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv etdirə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir: “Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır”.

Turan Abdullazadə qeyd edib ki, əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibarnamə də qüvvədən düşür.

 

Aqil Qarayev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi