azia.az
azia.az

O bir fədakar ata, sadiq dost və sevimli oğuldur

Bu gün, 19:57

Dünyada belə insanlar çox olsa da, onların  bənzəri yoxdur. Bu bənzərsizlik onların hər birinin qanından, canından, qəlbindən, xasiyyətindən, sevgisindən, əməllərindən, fiziki-mənəvi durumundan, arzularından irəli gəlir. Bu kimi insanların həyat amalı da fərqli olur.
Həyat amalı yalnız hamıya yaxşılıq etmək olan insanlardan biri Eldəniz Teyyub oğlu Qasımovdur. 


Bir vaxtlar dünyanın bir çox ölkələrində məşhur bir iş adamı kimi tanınan Eldəniz Qasımovun bu gün 50 yaşı tamam olur.
İmişli rayonunda doğulan bu dillər əzbəri, zəhmətkeş insan atasının imkanlı  vəziyyətinə baxmayaraq, orta məktəbi qurtarmamış fərdi biznesinə başlamışdır. Sonralar üç ali təhsil mərkəzində təhsil almışdır və eyni zamanda bir neçə fərqli biznes sahəsini birləşdirərək “Eldanqrup” yaratmışdır.
Eldəniz Qasımov haqqında deyilən, yazılan xoş sözlərin sayı-hesabı yoxdur. Uşaq evlərinə  uzun illər yardımı da unudulmur.
Onun ticarətdən  aralanmasının səbəbi bu sahədə ehtiyac duyulan bir çox yalanlar, qanunsuzluqlarla barışmaması oldu. 


Hər ikisi ali təhsil almış iki övladını başı uca, düzgün, intizamlı böyüməsinə həyatındakı bir çox ehtiyaclarını qurban vermiş bu fədakar ata bu gün də onların həyat və fəaliyyəti yolunda zəhmətini əsirgəmir.
Eldəniz müəllim öz qüruru, ali düşüncələri, mehriban, səmimi, eyni zamanda ciddi münasibəti, sadəliyə, zəhmətə meyli ilə minlərlə insanın dərin məhəbbətini qazanmışdır. 


Uzun illər onu tanıyan insanların qəlbində mənəvi kamilliyi, yardım, sevgi ehtirası, pisliklərə alov püskürən qəlb yanğısı olan bir insan kimi yaşayacaq Eldəniz Qasımovun ad günü mübarək olsun! Allah bütün arzularına çatdırsın. 

"Mediaqrup" İB


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi