azia.az
azia.az

Qısqanmırsa, sevmir? - Psixoloq açıqladı

Bu gün, 12:00

“Qısqanmırsa, sevmir” düşüncəsi ikili münasibətlərdə etibar və inam üzərində qurulan münasibətin təməlini sarsıdan anlayışdır. Bəzi hallarda kişinin qadını, yaxud qadının partnyorunu əks cinslə ünsiyyətinə görə qısqanması problem sayılır, bəzi hallarda isə əksinə, qısqanclığın olmaması mübahisə mövzusuna çevrilir. Amma bu hissin həddi aşdığı vəziyyətlər çox vaxt bir cümlə ilə yekunlaşır: “Qısqanclıq zəminində qətlə yetirildi”.

Bəs, sağlam münasibət üçün qısqanclığın norması necə olmalıdır?

Psixoloq Ülviyyə Murtuzova Metbuat.az-a açıqlamasında bildirib ki, hər bir insan duyğularını idarə etmək qabiliyyətinə görə fərqlənir:
“Qısqanclığın həddindən artıq olması düzgün deyil. Bu, həm gündəlik həyata, həm də münasibətdə davranış tərzinə birbaşa təsir göstərir. İnsanların xasiyyəti müxtəlifdir: kimisi hisslərini içində saxlayır, kimisi isə onları açıq və emosional şəkildə büruzə verir. Sonuncular adətən diqqət mərkəzində olmağa meyllidirlər, hadisələri dramatikləşdirir, emosional reaksiya göstərməkdən çəkinmirlər. Bu hallar bəzən iş və sosial həyata da mənfi təsir edir”.

Ü.Murtuzovanın sözlərinə görə, insan öz emosiyalarını idarə edə bilməyi bacarmalıdır, lakin hər kəs bu qabiliyyətə sahib deyil:

“Bəzi insanlarda səmimi və yaxın münasibətlərə qarşı isti yanaşma var, digərlərində isə soyuq və məsafəli davranış müşahidə olunur. Bunun səbəbi çox vaxt dərinlikdə gizlənən özgüvənsizlik və yetərsizlik kompleksidir. İnsan özünə və partnyoruna etibar etmədikdə, qısqanclıq normanı aşır və güvənsizliyə çevrilir. Qarşı tərəfi hər an izləmək, harada olduğunu soruşmaq, davamlı zəng etmək və oxşar davranışlar təşviş pozuntusunun əlamətləridir. Bu vəziyyətdə olan insanlar mütləq psixoloqa müraciət etməli və xüsusi terapiya seanslarından keçməlidirlər ki, duyğularını nəzarətdə saxlamağı öyrənsinlər”.

Sevinc İbrahimzadə / Metbuat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi