Dəri xərçəngindən qorunmağın sadə üsulu açıqlandı
ABŞ-nin Çikaqo Universitetinin alimləri günəş işığının sağlam dəri hüceyrələrini xərçəng hüceyrələrinə çevirən mexanizmi necə işə sala biləcəyini müəyyən ediblər.
Azia.az Oxu.az-a istinadla xəbər verir ki, Tədqiqat “Nature Communications” (NatCom) jurnalında dərc olunub.
Günəş insan üçün zəruridir, xüsusilə, D vitamininin sintezi üçün. Lakin məhz ultrabənövşəyi şüalanma əsas risk faktoru hesab olunur: ABŞ-də dəri xərçəngi hallarının 90%-dən çoxu onun payına düşür. UB-şüalanma DNT-ni zədələyir, oksidləşdirici stres və iltihab yaradır ki, bu, adi günəş yanığının əsasını təşkil edən mexanizmlərdir.
Nəticələr göstərir ki, məhz RNT ilə tənzimləyici zülallar arasındakı balansın pozulması dəri xərçəngi ilə əlaqəli iltihabı işə sala bilər. Gələcəkdə bu mexanizm UB-şüaların təsirindən yaranan xəstəliklərin profilaktikası və müalicəsinin yeni metodlarının əsasını təşkil edə bilər.