azia.az
azia.az

Ermənistana qaz satışı: “Kasıb bazar nəyimizə lazımdır?!”

Bu gün, 11:05

“Azərbaycan üçün Ermənistan 2.5 milyard kubmetr qaz istehlak edən ölkədir. Ancaq hazırkı şəraitdə Ermənistan bazarında qaz satmaq sərfəli deyil”.

Xəbər verilir ki, bu sözləri “Yeni Sabah”a neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib. 

Onun sözlərinə görə, Ermənistan bazarında qaz satışı sanksiyalarla boğuşan Rusiyaya sərf edir:

“Regional qiymət əsas götürülür. “Qazprom”un satış qiyməti 160 dollardır. Azərbaycan niyə bu bazarda qaz satsın ki?!

İkinci tərəfdən, Rusiyanın əl-qolu sanksiyalarla hər yerdən bağlanıb. Buna görə 1 milyard kubmetr qazı satmaq da bir qazancdır”.

Ekspert qeyd edib ki, Azərbaycan son illər Gürcüstan bazarında qaz həcmini azaldıb:

“Gürcüstan bazarında payımızı son 2 ildə azaltmağa başlamışıq. Əvvəl Azərbaycan qazının payı 95% həcmində idi. İndi 75-dir. Rusiyanın Gürcüstan bazarında payı artıb. Əvəzində bu həcmləri Avropa bazarına çıxarırıq. Qoy elə Ermənistan bazarını da Rusiya təmin etsin”.

İ.Şaban vurğulayıb ki, Türkiyənin qazla təminatı Iğdır-Naxçıvan kəməri ilə hıyata keçirilə bilər:

“Ermənistan ərazisindən keçməklə Naxçıvanı təmin edə bilərik. Digər tərəfdən, Naxçıvanla Türkiyə arasında Iğdır-Naxçıvan qaz kəməri var. Türkiyənin şərq bölgəsinin təminatını elə bu kəmərlə təmin edə bilərik. Bu, biznesin şaxələndirilməsidir”.

İqtisadçı diqqətə çatdırıb ki, Ermənistan bazarı Azərbaycan üçün o qədər də sərfəli deyil:

“Ermənistan bazarında qaz satışını kommersiya baxımından cəlbedici görmürəm. Kasıb bazar nəyimizə lazımdır?! Daha varlı bazarlara yönəlmişik. Vaxtı ilə o qədər pul qoyub 3500 kilometrlik boru xəttini niyə çəkmişik?!”

Xatırlatma: noyabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Kopenhagendə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə ən operativ şəkildə elektrik xətlərinin və qaz kəmərinin tikintisini həyata keçirmək barədə razılığa gəliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi