azia.az
azia.az

Boksçumuz birinci oldu

8-02-2016, 10:04

 Boksçumuz birinci oldu Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan boksçuları yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.
56 kq cəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev finalda Böyük Britaniya təmsilçisi Aşfaq Qaisdadi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, Kamran Şahsuvarlı (75 kq) finalda fransalı Kristian Mbilliyeyə uduzub.
64 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor da 2-ci yerə layiq görülüb. Kuba əsilli boksçumuz finalda qazaxıstanlı Ablaixan Jussupova məğlub olub. Yığmamızın liderlərindən hesab edilən Teymur Məmmədov isə (81 kq) yarımfinalda mübarizəni dayandıraraq bürünc medalla kifayətlənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi