azia.az
azia.az

Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına dəyişiklik edilib

21-02-2016, 06:33

Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına dəyişiklik edilib Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib.

Gün.Az xəbər verir ki, dəyişiklik ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslarla bağlıdır.
Dəyişikliyə əsasən “Dizayn (memarlıq və dizayn istiqaməti)” ixtisası I ixtisas qrupundan çıxarılaraq V ixtisas qrupuna əlavə edilib. “Geodeziya və xəritəçilik mühəndisliyi” və “ Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasları isə II ixtisas qrupu sütunundan çıxarılaraq I ixtisas qrupuna əlavə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi