azia.az
azia.az

Ali məktəblərdə təqaüd komissiyaları yaradılacaq - ƏMR

12-02-2016, 15:40

Ali məktəblərdə təqaüd komissiyaları yaradılacaq - ƏMR Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin təsdiq etdiyi “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın icra olunması haqqında əmr imzalayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əmrə əsasən, Nazirlər Kabinetinin 6 fevral 2016-cı il tarixli 38 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilib.
Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə cari semestrdən başlayaraq təhsilalanların təqaüdlərinin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na uyğun təyin olunmasını və ödənilməsini, təqaüd komissiyasının formalaşdırılmasını, tələbələrin ixtisaslar üzrə ÜOMG-nin hesablanması, sıralama siyahılarını və buna əsasən təqaüd siyahısını, fənlər üzrə akademik nailiyyətlərə görə təqaüd növlərinin müəyyənləşdirilməsini və digər təşkilati məsələlərin həllini təmin etmək tapşırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi