azia.az
azia.az

Şimalın qazlaşmayan kəndləri - ARAŞDIRMA

7-02-2017, 21:32

Şimalın qazlaşmayan kəndləri - ARAŞDIRMA

Oduna olan tələbat artıbmı?

Bu il yanvar ayının 1-dən mavi yanacağın qiymətinin bahalaşması sakinlərin oduna olan tələbatını artırıb. Bölgədə yaşayan sakin kimi bunu bəri başdan deyə bilərəm. Bahalaşma səbəbindən oduna olan tələbata keçməzdən əvvəl şimal rayonlarında qazlaşmayan yaşayış məntəqələrinin statistikasını versəm, yerinə düşər.

Şimalın qazlaşmayan kəndləri - ARAŞDIRMA
Siyəzəndə 1 şəhər, 1 qəsəbə və 13 kənd qazla təmin edilib. Siyəzənneft və qazçıxarma idarəsi yerləşən bu rayonda hələ 21 kənd qazlaşmayıb. Siyəzənin qonşusu Şabranda rayon mərkəzi və 31 kənd qazla təchiz olunsa da 37 kənd hələ də mavi yanacaqsızdır. Qubada isə indiyəcən Quba şəhəri, 1 qəsəbə və 57 kəndinin sakinləri mavi yanacaq üzü görüblər, rayonun 49 kəndinin sakinləri isə evlərinə qaz çəkiləcəyi günü səbrsizliklə gözləyir. Xaçmazda 151 kənddən 90-ı qazlaşıb. Qusarda rayon mərkəzi və 43 kənd istisna olmaqla 45 yaşayış məntəqəsinə hələ mavi yanacaq verilməyib. Statistika bu qədər. Qazın qiymətinin artmasına gəlincə isə, qiymətin artdığını bilən sakinlər azdan çox, dərhal odun yandırmağa üstünlük veriblər. Bu, bölgənin qaz olan kəndlərinin hamısında müşahidə olunur və əhalinin kasıb təbəqəsi istər -istəməz mənzillərindəki qaz sobalarını odun sobaları ilə əvəzləməyə üstünlük verdilər.

Şimalın qazlaşmayan kəndləri - ARAŞDIRMA
Yandıracaqları mavi yanacaq pulunun kəllə-çarxa çatmamaları üçün....Sual olunur? Bəs camaat odunu haradan alır? Odunu dərhal tapmaq, almaq mümkündürmü? Deyə bilərəm ki, xeyr. Çünki, qazın bahalaşması odun dəllallarının əl-qolunu geniş açıb. Hansı yollarlasa əldə etdikləri 1 maşın odunun qiymətini 120 manatdan təxminən 150-160 manatadək artırıblar. Təbii ki, qaz pulu verə bilməyən kasıb sakinin baha qiymətə odun almağa da imkanı olmayacaq. Çarə qalır ona ki, ya həyətlərindəki meyvə ağaclarını qırıb yandırsınlar (qışın günündə yaş odun necə yana bilər? Bu, hamımıza aydındı). Ya da gizlicə meşə ağaclarına qənim kəsilirlər.

Qusarın Aşağı Ləyər kənd sakini Gülyaz Babayeva oduna üstünlük verən sakinlərdəndir. Çəkiliş zamanı Gülyaz Babayeva qaz pulu verə bilməyəcəklərindən həyətdəki meyvə ağaclarını qırdıqlarını deyir. Babayevlər ailəsi bu cür düşünən yeganə ailə deyil, belə ailələr bölgəmizdə kifayət qədərdir.


Yazımın əvvəlində qazsız kəndləri rayonlar üzrə təsadüfən önə çəkmədim. Qaz olmayan kəndlərin sakinləri də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerlərdəki meşə idarələri və ekologiya idarəsi qeyri-qanuni ağac qıranlara qarşı nə qədər ciddi mübarizə aparsalar da, onlar meşədən gətirilib gizli satılan odun materialından istifadə etməyə məcburdurlar. Bu, bizim müşahidə və məlumatlarımız əsasında gəldiyimiz qənaətdir.

Rəsmilər isə fərqli düşünür. Şimal rayonlarındakı bütün meşə mühafizəsi və bərpası müəssisələrindən qazın bahalaşmasından sonra oduna olan tələbatın artdığını desələr də, ciddi meşə qırıntısı faktının qeydə alınmadığını bildirdilər. Azəriqaz-ın Xaçmaz regional qaz idarəsinin rəisi Rauf Qasımov artım olandan sonra qaz pullarının yığımında hələ elə bir azalma olmadığını deyib. Hələlik, sərfiyyatı keçməyiblər - deyən Rauf Qasımov şimal rayonlarında qazlaşmayan kəndlərə də mavi yanacaq verilməsi istiqamətində davamlı iş aparılacağını söyləyib.

Aytəkin Alxaslı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi