azia.az
azia.az

İcra Başçısı mülkiyyətçinin mülkünü əlindən almaq istəyir - İDDİA

2-01-2017, 11:18

İcra Başçısı mülkiyyətçinin mülkünü əlindən almaq istəyir - İDDİA
31 mart 2015-ci ildə keçirilən hərrac zamanı hərracçı Allahverdiyev İlqar Mustafa oğlu tərəfindən satışa çıxarılan Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 5C ünvanındakı mülkiyyət Sultanov Çingiz Zahid oğlu tərəfindən 23.366 (iyirmi üç min üç yüz altmış altı) manat müqabilində alınmışdır.

Redaksiyamıza şikayətlə müraciət edən Sultanov Çingiz bəyan edir ki, tərəfindən alınan mülkiyyətin onun əlindən almağa cəhd edilir. Ç.Sultanov qeyd edir ki, yuxarıda göstərilən tarixdə hərrac yolu iə əldə etdiyi mülkiyyətini rəsmi satılmasını qeyri-qanuni sayılmaması üçün Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və o cümlədən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi rəis əvəzi Namizəd İsmayılov rəsmi sənədlərlə təzyiqlər edərək mülkiyyətçi hüququmun ləvğ edilməsinə çalışırlar.

Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 5C ünvanındakı mülkün yeni sahibi olan Ç.Sultanovu Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib. Mülkiyyətçi hüququ olan Ç.Sultanovu Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə yeni mülkiyyətçinin hüquqlarının təmin edilməsinə baxmayaraq qarşı tərəf iddiasından əlçəkmək niyyətində deyil.

Məsələdə əsil iddiaçının Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi deyil məhs Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov olduğu Ç.Sultanov tərəfindən qeyd edilməkdədir. Ç.Sultanovun iddia etdiyi icra başçısının maraqlarına xidmət edən Qaradağ rayon MKTB-nin olması əslində isə niyyətin başçının maraqlarının qorunmasına xidmət edildiyi aşikardır. Belə ki, İcra başçısı Süleyman Mikayılov rəsmi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova 25 avqust 2015-ci il tarixin də İcra Hakimiyyətinin rəsmi blankı ilə göndərdiyi məktubda öz əksini tapmaqdadır.

Məslə ilə bağlı yazı şikayətçinin təqdim etdiyi sənətlər əsasında tərtib edilib. Tərtib edilən yazının geniş araşdırmasına zərurət olduğundan araşdırmağa çalışacağıq.

Araşdırmamız davam edir...

P.S. Mövzu ilə bağlı qarşı tərəf olaraq icra nümayəndələri ilə əlaqə saxlamamız mümkünsüz olduğu üçün yazının dərc edilməsi zərurətinidə göz önünə alaraq həmin yazını sizlərə təqdim etdik. Bu şikayət azia.az və BakuNews.Az-ın birgə apardığı araşdırmasıdır.

Yazıda adları keçən hər bir şəxsi və ya qurumun nümayəndəsini dinləməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi