azia.az
azia.az

Ölülərimizin ruhu bizdən inciməsin

7-04-2016, 20:44

Ölülərimizin ruhu bizdən inciməsin Yol –mədəniyyətdir, inkişafdır, tərəqqidir, yenilikdir. Bizi işıqlı gələcəyə aparan səbəbdir. Hər bir cəmiyyətin inkişaf tempi dövlətin yollarının nə dərəcədə abad olmasında öz əksini tapır. Hələ ta qədimdən yol əlaqə vasitəsi olub inkişafa təkan veren ən vacib şərt kimi qiymətləndirilib. Telefon, teleqraf, intrnet olmayanda insanları bir-birinə birləşdirən yollar iqtisadiyyat sahəsində də yeniliklərin mübadiləsində çox mühüm rol oynamışdır.
Agsaqqallarımızdan bizə miras qalmış kəlamlardan biri də odur ki, yol çəkmək, su cəkmək savabdır. Xüsusən bu yol və su qəbristanlıga çəkilərsə savab birə-iki artacaq. Sag ikən hər birimiz ziyarətgahda olmalı, dünyamızı dəyişdikdə isə son mənzilimiz olacaq yer qəbristanlıqdır.
Nəsillərdən- nəsilə kecəcək adətlərimizdən biri də ölülərimizin xatirəsini tez-tez yad etmək hörmət əlaməti olaraq qəbristanlıqda onları ziyarət etməkdir. Bu gün Sumqayit qəbistanlığının yolları çox biabırçı və acınacaqlı vəziyyətdə oldugundan insanlar rəhmətə getmiş yaxınlarını ziyarət etməkdə çox böyük cətinlık çəkir. Havalar soyuduqca qəbristanlığı kənardan müşahidə etsək bizdə ele fikir yarana bilər ki, insanlar öz yaxınlarına qarşı soyuyur, laqeyidləşir. Lakin bu belə deyil. Heç kim hec kəsi unutmur sadəcə dizə qədər palçıq kələ-kötür və narahat yollar onların qarşısını kəsib maneə olur.
Yolların bərbad olması qış aylarında məxsusi çətinlik törədir. Palçıq kütlələrinin üzərində yerimək və ya atlanıb kecmək ücün xüsusi idman hazırlıgı lazımdı. Tutalım cavanlar bu işin öhtəsindən gəldilər bəs yaşlılar. Valideyinlər öz övladlarına örnək olmalıdılar. Gənclər böyüklərdə yaxınlarına qarşı laqeyid soyuqluq müşahidə etsələr gələcəkdə bu onların psixologiyasında öz əksını tapacaq. Egər biz öz yaxınlarımızı (istər sag, istərsə də dünyasını dəyişmiş) mütəmadi olaraq ziyarət etməsək və bunun vacibliyini gənc nəsilə açıqlamasaq sonra bizimdə gözlərimiz yollarda qalacaq.
Hər addımda savab iş görməkdən danışırıq xeyirxah adamlarımızla ətrafımızdakılara örnək olmaga çalışırıq yolları təmır edib qəbristanlıga gedən insanların əziyyətlərini yüngülləşdirmək böyük savab ola bilərmi. Ən acınacaqlısı rəhmətə gedən şəxsi torpaga tapşıranədək çiynində tabut aparan yaxınlarının keçirdiyi narahatlıqdır. Narahat yolları başa vurub mənzilə tez catmaq əzmi məxsusi olaraq qeyd edilməlidir. Ölülərimizin ruhu bizdən inciməsin Bu qəbristanlıqda insanların qarşılaşdığı digər çətinlik su çatışmamazlıqdır. Su xətlərı çəkilib nə fayda. Su yerinə borulardan hava axır. Qəbirstanlığa gələnlər uzaq məsafələrdən əllərində su gətirirlər. Bir tərəfdən su qıtlıgı, digər tərəfdən narahat yollarda palçıqlı ayaqlarla yerimək çətinlıyi dirilərlə ölülər arasında böyük sipər yaradır.
Hər gün öz yaxınlarına qohum-əqrəbasını toplayıb ehsan verən, lazımsız əyləncələrə böyük məbləgdə pullar qoyan insanların şahidi oluruq. Halbuki qəbrıstanlıga yol və su şəkməkdən böyük savab ehsan olarmı? İmkanlı vətəndaşlar, məhsul şəxslər görəsən bu mənzərənin həcmi şahidi olmamışdılar. Heçmi yolları bu tərəfdən düşmür.
Yuxarıda göstərilən çətinlikləri qaldırmaqla həm ən böyük ehsanı vermiş olarlar, həm də ölülərinə rəhmət oxudarlar. Dagları yarıb qoynundan yol çəkilən bir zamanda hazır yola asvalt örtüyü çəkmək məncə o qədər də çətin olmamalıdır. Bu gün respublıkamızda böyük əhəmiyyətli islahatllar aparılır yollar çəkilir. Yüksək keyfiyyətli müasir tələblərə və standartlara cavab vereən körpülər salınır. Şəhərimizdə istər memarlıq, istərsə də abadlaşma istiqamətində gedən müsbət dəyişikliklər gözə çarpacaq dərəcədədir. Əfsuslar olsun ki, ana-bacılarımızın əllərində su qabları, palçıqlı qəbristanlıq yolunda çətinlıklə qəbirlərə dogru addımlaması bu islahatların üzərinə kölgə salır. Bizdə çox qəribə xüsusiyyət var. Göz qabağında olan yerlərə bəzək-düzək vurar, düzəltməyə çalışarıq. Diqqət mərkəzində olmayan yerlerə isə gözdən uzaq, könüldən də iraqdır prinsipi ilə yanaşırıq.
Hər dəfə Sumqayıt şəhərinə yeni İcra Başçısı təyin olunanda əhali də belə bir istək yaranır ki, kaş bu təzə gələn heç olmazsa məhəlli daxili və ictimai əhəmiyyət kəsb edən yolları və obyektləri abadlaşdırardı.
Belə ictimai yerdən biri də, acınacaqlı vəziyyətindən bəhs etdiyim, son mənzilimiz və ziyarət yerimiz olan Sumqayıt şəhər qəbirstalığıdır. Əlaqədar təşkilatlar ilin yekunlarına dair hesabların da digər işlərlə yanaşı Sumqayıt qəbir- stanlığında aparılan abadlıq işlərindən ağız dolusu danışsalar da reallıq göz qabağındaır.
Sumqayıt şəhər Bələdiyyəsi 2014-cü ilin yekunlarına dair hesabat iclasında bildirir: - ...Sumqayıt şəhər Bələdiyyənin layihələrinin biri əsasında “Xeyir-şər” evlərinin tikintisi və saxlanılması tədbirlərinin icrası nəticəsində şəhərin 13-cü mikrorayonunun 43 saylı binasının qarşısındakı ərazidə yerləşən “xeyir-şər” evinin binası əsaslı təmir edilmişdir. Bələdiyyənin iki layihəsi şəhər qəbristanlığının əsas və daxili yollarının təmirini əhatə etmişdir. Layihələrin icrası nəticəsində qəbirstanlığın ərazisinə gedən yolun 1000 kv.metr ölçüdə olan hissəsində və qəbirstanlığın daxili yolların 11500 kv.metr sahəsi təmir edilmişdir???
Bizim məqsədimiz heç də ölmüş insanların ruhunu narahat etmək deyil. Sadəcə olaraq onları gec-gec yada salmagımızın səbəbi laqeyidliyimiz, unudqanlıgımız deyil, qəbirstanlığa gedən yollarımızın bərbad olmasına aydınlıq gətirməklə, əlaqədar təşkilatların vəzifə borclarını onlarln diqqətinə çatdırmaqdaır.

Elçin Əzəmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi