azia.az
azia.az

“AzerGold” QSC-də “Yüksəliş” müsabiqəsi çərçivəsində növbəti mentorluq görüşü keçirilib

Dünən, 17:00


“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Aslan Həsənli ilə növbəti görüş keçirib.

Görüş zamanı dövlət idarəetmə modelləri, qərarvermə proseslərinin təşkili, maraqlı tərəflərin gözləntiləri qarşılığında balanslaşdırılmış və effektiv iş mexanizmlərinin qurulması kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.

Mentorluq Proqramı çərçivəsində Zakir İbrahimov dövlət qurumları, tərəfdaşlar, biznes subyektləri və beynəlxalq partnyorlarla səmərəli əməkdaşlıq təcrübələri barədə məlumat verib, eləcə də real iş təcrübəsindən nümunələr paylaşaraq idarəetmə bacarıqlarının inkişafı istiqamətində tövsiyələrini çatdırıb.

Görüş müzakirə mövzusu ətrafında sual-cavab formatında davam edib.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi