Bu tarixdə Bakıda qar yağacaq
Bakıda yanvar ayında qar yağacağı ehtimal olunur.
Azia.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə “AccuWeather” platformasının proqnozlarında göstərilir.
Proqnozlara əsasən, gələn ilin yanvarın 20, 21 və 23-də paytaxtda yağış və qar gözlənilir. Havanın temperaturu gündüz 8° isti, gecə isə 3° isti göstərilir.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti şəhərdə qarlı hava ilə bağlı hazırlıq işlərinə başlanıldığını bildirib.