azia.az
azia.az

Rusiya zərbə endirdi: Türkiyə niyə geri çəkildi?

5-09-2018, 10:43

Kremlin Rusiya-Türkiyə-İran zirvə toplantısına 2 gün qalmış İdlibi bombardman etməsinin məqsədi Türkiyəni fakt qarşısında qoymaqdır.

Azia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ankaranın İdlibə hücuma tənqidi yanaşdığı məlumdur:

“Çünki İdlib Türkiyə sərhəddinə yaxındır, qaçqın axını və qətliam ehtimal var ki, Ankara məhz buna görə illərdir Bəşər Əsəd rejimini tənqid edir. Buna baxmayaraq, Ankara İdlibə görə Astana prosesindən çıxmaq və Rusiya və İranla münasibətləri gərginləşdirmək də istəmir. Kreml Türkiyənin ABŞ-la gərgin münasibətlərindən istifadə edərək İdlibə hücum təşkil edir. Bilir ki, Ankara eyni zamanda həm Vaşinqton, həm də Moskva ilə münasibətləri gərginləşdirmək istəməyəcək. Əlbəttə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və İrandan İdlib məsələsində Türkiyənin həssaslığını nəzərə almasını istəyəcək, ancaq Ankara İdlibin Suriya və Rusiya hərb maşınının nəzarəti altına keçməsinə mane olmayacaq”.

Politoloq vurğulayıb ki, Türkiyənin İdlibi kürdlərə muxtariyyət verilməməsi qarşılığında güzəştə getməsi də ehtimallar sırasındadır.

Qeyd edək ki, bu gün Rusiya qırıcıları İdlibə aviasiya zərbələri endirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi