azia.az
azia.az

Türkiyə ordusu İdlibdə müharibəsiz qalib gəldi -Anlaşma

11-10-2017, 09:40

Suriyanın siyasi gələcəyini formalaşdıracaq ən həlledici həmlə olaraq qəbul edilən İdlib hərəkatında hədəfdə olan Təhrir əş-Şam qruplaşmasının bölgədən çıxmaq üçün şərtini açıqladığı iddia edilib.

Axar.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatından ibarət bir qrup heyətlə Təhrir əş-Şam və Əl Nüsrə arasında toplantı keçirilib. HTŞ İdlibdən geri çəkilmək üçün toplantıda şərtini açıqlayıb. Şərtə görə, İdlibdə nəzarət Türkiyə ordusunda olarsa, HTŞ şəhərdən ayrılacaq.

HTŞ və Əl Nüsrə Azad Suriya Ordusunun İdlibə girməsinə qarşı çıxıblar. Rusiya və İran hərbisi yalnız rejimə məxsus regionlarda yerləşəcək. Müxaliflərin yerləşdiyi ərazilərə daxil olmayacaq. Qan tökülmədən həll tapılmasına yönəldilən görüşlərdə şəhərdəki dinc vətəndaşlar və müxaliflərin zərər görməməsi əsas götürülüb. Ancaq regionun həssaslığı üzündən provakasiya baş verməsi ehtimalına qarşı müzakirələrin davamlı olması barədə qərar qəbul edilib.

Qeyd edək ki, İdlibdə əməliyyatlara başlamağa hazır olduğunu bildirən türk ordusu artıq kəşfiyyat qruplarını bu şəhərə göndərib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi