azia.az
azia.az

İlham Əliyev də İslam Kərimovu təbrik etdi

1-09-2016, 14:09

İlham Əliyev də İslam Kərimovu təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimovu təbrik edib.

Virtualaz.org-un məlumatına görə, təbrikdə deyilir: "Özbəkistanın milli bayramı – Müstəqillik günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə qardaş Özbəkistan dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb.

Əminəm ki, xalqlarımız arasında dərin tarixi köklərə malik olan ənənəvi dostluq, qarşılıqlı dəstək münasibətləri bundan sonra da Azərbaycan-Özbəkistan əməkdaşlığının və tərəfdaşlığının dinamik inkişafı və dərinləşməsi üçün etibarlı təməl olacaq.

Hörmətli İslam Abduqəniyeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq diləyirəm".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi