azia.az
azia.az

İlham Əliyev Lukaşenkonu təbrik edib

3-07-2016, 05:05

İlham Əliyev Lukaşenkonu təbrik edib Prezident İlham Əliyev Belarusun dövlət başçısı Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Belarus xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan və Belarusu tarixən təşəkkül tapan dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, bizim hərtərəfli əməkdaşlığımız bu gün də dinamik inkişaf edir, Azərbaycan ilə Belarusun çoxplanlı qarşılıqlı fəaliyyətinə hər cəhətdən kömək edir.


Əminəm ki, xalqlarımızın maraqları, ölkələrimizin inkişafı naminə birgə səylərimiz Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə yönələcək.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət, dost Belarus xalqına isə sülh və firavanlıq arzu edirəm".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi