azia.az
azia.az

Əfsanəvi Doktor İtsxak Adizes Bakıda ilk dəfə çıxış edəcək Menecment sahəsinin

25-10-2019, 12:22

Əfsanəvi Doktor İtsxak Adizes Bakıda ilk dəfə çıxış edəcək Menecment sahəsinin
Dünyanın ən nüfuzlu biznes-konsultantlarından biri Doktor İtsxak Adizes Bakıda ilk dəfə çıxış edəcək!
Volvo, Visa, Bank of America, Coca-Сola, Sberbank, Sibur kimi məşhur şirkətlərin rəhbərlərini konsultasiya edən Doktor İtsxak Adizesin iştirakı ilə Bakıda “Təşkilatın uğur formulu” adlı biznes forum keçiriləcək. Tədbir 08 noyabr tarixində JW Marriott Absheron Baku otelində baş tutacaq.
Biznes forumda bazarda lider mövqenin qazanma sirləri, effektiv menecment sisteminin qurulması, uğurlu idarəetmə vasitələrinin tətbiqi üzrə innovativ yanaşmalar müzakirə olunacaq.
İtsxak Adizes ilə yanaşı forumda peşəkar idarəçi, Azərbaycanda Adizes İnstitutunun İdarəedici tərəfdaşı, sahibkarlıq sahəsində 15 illik iş təcrübəsinə malik olan Pavel Belorusski çıxış edəcək. P.Belorusski biznesin səmərəli və effektiv idarəolunması üzrə şəxsi təcrübəsi ilə bölüşəcək.
Biletlər artıq satışdadır. Biletlərin qiyməti, tədbirin proqramı, iştirak şərtləri və spikerlər barədə ətraflı məlumatı tədbirin rəsmi səhifəsində, həmçinin (+99450) 290 49 79 nömrəsi vasitəsilə əldə etmək olar.
Biznes forum “Gilan Holding”, “Pasha Bank” və “Milla” şirkətinin sponsor dəstəyi ilə keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi