Azərbaycan və İordaniya iqtisadi və ticarət əlaqələrini daha da möhkəmləndirməyi planlaşdırır.
Bunu Trend-ə İordaniyanın Bakıdakı səfiri Nassar İbrahim Məhəmməd əl-Həbaşne deyib.
Onun sözlərinə görə, Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının iclası çərçivəsində hər iki ölkədən olan sahibkar və investorların iştirakı ilə biznes-forumun keçirilməsi nəzərdə tutulub.
Səfir qeyd edib ki, iclas zamanı tərəflər birgə müəssisələrin yaradılması imkanlarını, eləcə də dövlət müəssisələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə edəcəklər.