azia.az
azia.az

Gecə yatmazdan qabaq yeyə biləcəyimiz qidalar

13-07-2021, 11:37


Yeməkdən sonra stressli, gərgin, yorğun olduğunuz anlarda mədəniz sizi başqa qidalar da qəbul etməyə vadar edir.
Gecə yatmazdan qabaq yeyə biləcəyimiz qidalar
Bu zaman ağır, yağlı, bol ədviyyatlı yeməklər gecə pis yatmağınıza və mədənizdə ağrıların yaranmasına səbəb ola bilər.

Gent.az gecə yatmazdan əvvəl yeyə biləcəyiniz 4 qidanı təqdim edir:

1. Saçaqlı pendir

Az yağlı və zülallarla zəngin olan bu pendir növü sizi tox tutmağa yardımçı olacaq. Yanında 1 dilim qızardılmış çörək, üzüm və xiyar yeyə bilərsiniz.

2. Fındıq, fıstıq, qoz

Bu qidalar özündə gözəl və sağlam yuxu təmin edən melatonin ehtiva edirlər. Fıstıq isə yaxşı yatmanıza kömək edəcək və sizi tox tutacaq

3. Meyvəli yoqurt

Sizi tox tutmaqla yanaşı qandakı şəkəri azaldır, həzm prosesinə yardımçı olur. Bal, fındıq, fıstıq kimi qidalar da əlavə edərək fərqli dadlar əldə edə bilərsiniz.

4. Popkorn

Duz və zeytun yağından az istifadə edərək yediyiniz partladılmış qarğıdalı sizi gecə boyunca tox tutacaq. Hətta onu hissələrə bölərək saxlaya da bilərsiniz. Bu zaman film izləyərkən fərqində olmadan həddindən çox qəbul etməmiş olarsınız.(axşam.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi