azia.az
azia.az

Azərbaycanda bank açmaq istəyənin bu qədər pulu olmalıdır

7-05-2020, 11:21

“Azərbaycanda istənilən bir bankın açılması üçün ondan 50 milyon manat kapital tələb olunur”...
Azərbaycanda bank açmaq istəyənin bu qədər pulu olmalıdır
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

O, “Atabank”da və “Amrah Bank”da olan situasiyadan da danışıb:

“Bu iki bankda olan situasiyanı deyim ki, geniş ictimaiyyət də tanış olsun. Bankın açılması üçün minimum 50 milyon manat tələb olunduğu halda, “Atabank”da bu rəqəm mənfi 214 milyondur. Belə çıxır ki, bu bankın normal fəaliyyəti üçün hazırda 264 milyon manata ehtiyac var. Yəni, bank öz maliyyə qabiliyyətini, dayanıqlılığını itirib. Bankın verdiyi kreditlərin 88 faizi problemlidir. Bu, olduqca acınacaqlı vəziyyətdir.

“Amrah Bank”a gəlincə, bu bank maliyyə hesabatlarında özünü normal fəaliyyət göstərən bank kimi təqdim edirdi. Lakin bankın hazırda kapitalı mənfi 77 milyon manatdır. Bu o deməkdir ki, normal fəaliyyət üçün banka 127 milyon manat pul lazımdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi