azia.az
azia.az

Azərbaycan vətəndaşı Monteneqrodakı bankın rəhbəri oldu

24-03-2017, 10:28

Azərbaycan vətəndaşı Monteneqrodakı bankın rəhbəri oldu


Onun Azərbaycanda 15 illik bank təcrübəsi var

Kamran Məmmədov «Nova Banka AD Podgorica»nın baş icraçı direktoru təyin olunub. O, ötən il Monteneqronun maliyyə xidmətləri bazarına daxil olmuş bu Azərbaycan kapitallı bankda Miodrag Radonjic-i əvəzləyib.

azia.az "Fins.az"a istinadən verdiyi xəbərə görə, Nikola Marinovic risklər və maliyyə məsələləri üzrə direktor təyin edilib. Ondan öncə bu vəzifəni Kamran Məmmədov daşıyırdı.

Qeyd edək ki, K. Məmmədovun «AtaBank» və «Kapital Bank» ASC-lərdə 15 illik iş təcrübəsi var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi